Koronavirusa yoluxanların sayı 600 minə çatır

 Koronavirusa yoluxanların sayı 600 minə çatır
  28 Mart 2020    Oxunub:2667
Bu günədək dünyada 597 min 458 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 27 min 370 xəstə ölüb. 133 min 373 nəfər sağalıb. Yerdə qalan 436 min 715 nəfərdən 413 min 156-nın vəziyyəti qənaətbəxş hesab olunur. 23 min 559 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Bu günə kimi koronavirusa dünyanın 199 ölkəsində rast gəlib. Son 11 saata olan statistikaya əsasən, 1146 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər isə dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti