Azvision.az "New York Daily News"-a istinadən xəbər verir ki, əgər Nyu-York meyitxanalarında pandemiyanın yayılması ilə əlaqədar yer çatışmazlığı yaranarsa, cəsədlər soyuducu maşınlar vasitəsi ilə daşınacaq. Şəhərdə həmçinin, meyitlərin mühafizə edilməsi ilə bağlı çadırlar da quraşdırılıb. Ümumilikdə çadırlarda və yük maşınlarında 3500-3600 cəsəd yerləşdirilə bilər.
Şahanə Rəhimli
Azvision.az