Milli Məclisin iclasının gündəliyi açıqlandı

  27 Mart 2020    Oxunub : 968
Milli Məclisin iclasının gündəliyi açıqlandı
Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Azvision.az -a bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxildir:

Bunlar "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında" qanun layihəsi, “Tibbi sığorta haqqında” qanuna, Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli qanunu ilə tətbiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik edilməsi haqqında qanuna, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik layihələri və digər məsələlərdir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   İclas   Gündəlik