AZAL-dan sərnişinlərə müraciət

AZAL-dan sərnişinlərə müraciət
  27 Mart 2020    Oxunub:1458
AZAL biletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı sərnişinlərə müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərnişinlər, nəzərinizə çatdıraq ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofislərimiz bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: www.azal.az

Rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə [email protected] e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur. Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz".

Azvision.az



Teqlər: AZAL  





Xəbər lenti