​Bərdədə ticarət obyektləri yanıb

  27 Mart 2020    Oxunub : 991
​Bərdədə ticarət obyektləri yanıb
Bərdə rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 66 m2 olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və mağaza) yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın