DOST könüllüləri tənha yaşlılara kömək edib - FOTO

DOST könüllüləri tənha yaşlılara kömək edib -  FOTO
  27 Mart 2020    Oxunub:2396
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçiləri tərəfindən yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətlərinin göstərilməsində DOST könüllüləri də yaxından iştirak edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a bildirilib ki, “Könüllü DOST” proqramının 30 könüllüsü sosial xidmətçilərlə birgə tənha yaşlılara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsində dəstək olurlar.



Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, tənha yaşlılara əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilər kimi, DOST könüllüləri də lazımi qoruyucu vasitələrlə təmin olunublar.

“Könüllü DOST” proqramı bununla ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması tədbirlərinə, yaşlı insanların infeksiyadan qorunması, ahıllarımıza hörmət və qayğı ilə yanaşılması istiqamətində aparılan işlərə öz dəstəklərini ifadə edirlər.





Azvision.az



Teqlər: DOST   Könüllü  





Xəbər lenti