ABŞ virusa yoluxanların sayına görə Çin və İtaliyanı keçdi
Azvision.az "worldometer" saytına istinadən xəbər verir ki, ABŞ-da virusa yoluxanların sayı son 6 saatda 12 min 982 nəfər artaraq 82 min 179-a, ölənlərin sayı isə 131 nəfər artaraq 1177-yə çatıb.
Qeyd edək ki, Çin 81 min 285 , İtaliya isə 80 min 589 yoluxma faktı ilə ABŞ-dan sonrakı yerləri tutur.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: ABŞ Koronavirus