İcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirildi

   İcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirildi
  27 Mart 2020    Oxunub:1776
“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, aprel – iyun aylarında Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.

Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarına təxirə salınıb.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Tibb   Sığorta  





Xəbər lenti