Bakıda quldur dəstənin üzvləri yaxalandı

Bakıda quldur dəstənin üzvləri yaxalandı
  26 Mart 2020    Oxunub:2096
Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini V.Ələkbərovun 2 300 manat pulunu, mobil telefonunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvləri - Binəqədi qəsəbə sakinləri R.Xanışov, P.Kərimli və E.Xanəlizadə yaxalanıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti