Koronavirusa yoluxmuş 5 nəfər sağalıb - Operativ Qərargah

  26 Mart 2020    Oxunub : 2226
Koronavirusa yoluxmuş 5 nəfər sağalıb - Operativ Qərargah
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: Koronavirus