Erməni hərbçilərdə koronavirus aşkarlandı

Erməni hərbçilərdə koronavirus aşkarlandı
  26 Mart 2020    Oxunub:2778
Ermənistanda üç hərbçidən koronavirusla bağlı götürülən testlərin nəticələri müsbət çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri David Tonayan bildirib. Onun sözlərinə görə, həmin hərbi qulluqçuların test nəticələri pozitiv olub.

Hərbçilər hospitala yerləşdirilib. Onların ünsiyyətdə olduqları şəxslər müəyyənləşərək izolyasiya ediliblər.

Xatırladaq ki, dünən həmin üç hərbçidən Covid-19 testi üçün nümunələr götürülmüşdü. Daha əvvəl hərbi qulluqçulardan birinin ailə üzvünün koronavirusa yoluxduğu təsdiqlənib. Onlar eyni hərbi hissədə qulluq ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti