Yaşı 65-dən çox olan deputatlara çağırış: Karantin qaydalarına əməl edin!

 Yaşı 65-dən çox olan deputatlara çağırış:    Karantin qaydalarına əməl edin!
  26 Mart 2020    Oxunub:2542
Xəbər verdiyimiz kimi, martın 30-da parlamentin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Azvision.az -a bildirib ki, sabahdan iclasda iştirak edəcək deputatlar və əməkdaşlar koronavirus təhlükəsi ilə bağlı test yoxlamasından keçiriləcək.
O əlavə edib ki, yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki, karantin qaydalarına əməl edilsin.

Qeyd edək ki, martın 30-da keçiriləcək iclas saat 11:00-da başlayacaq. İndiyə kimi parlamentin iclasları saat 12:00-da başlayırdı.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti