Evdən 38 yaşlı kişinin meyiti tapılıb

Evdən 38 yaşlı kişinin meyiti tapılıb
  26 Mart 2020    Oxunub:1489
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Ağayev Ruslan Akif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Meyit  





Xəbər lenti