Koronavirusa yoluxan tibb bacısı intihar edib

Koronavirusa yoluxan tibb bacısı intihar edib
  26 Mart 2020    Oxunub:2894
İtaliyanın Monza şəhərindən olan tibb bacısı Daniela Trezzi koronavirusa yoluxduğuna görə intihar edib.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, Trezzi reanimasiya şöbəsində işləyib, lakin martın 10-dan bəri koronavirus infeksiyası simptomları olduğu üçün karantinə alınıb. O, virusla bağlı testi müsbət nəticə göstərdikdən sonra intihar edib.

İtaliya Tibb Bacıları Federasiyası onun ölümünü təsdiqləyib və bəyan edib ki, qadın digər insanları da yoluxdura bilməsindən qorxaraq şiddətli stress keçirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Virus  





Xəbər lenti