37 yaşlı diplomat koronavirusdan öldü

  26 Mart 2020    Oxunub : 1273
37 yaşlı diplomat koronavirusdan öldü
Böyük Britaniyanın Macarıstandakı səfirinin müavini Stiven Dik Budapeştdə koronavirus xəstəliyindən ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda vurğulanıb ki, 37 yaşlı Dik sədaqətli bir diplomat idi və ölkəsini peşəkarcasına təmsil edirdi.

Qeyd edək ki, o, 2008-ci ildən diplomatiya sahəsində çalışmağa başlayıb. Daha əvvəl Əfqanıstanda və Səudiyyə Ərəbistanında işləyib. Ötən ilin payızında Budapeştdə bir il intensiv macar dili təhsili aldıqdan sonra vəzifəsinə başlayıb.

Meksikadan tətildən dönən diplomat özünü pis hiss edib və onun koronavirusa yoluxduğu məlum olub. Dik xəstəxanada vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Macarıstan   Britaniya