Avropanın 4 ölkəsində pandemiya 5418 can aldı

 Avropanın 4 ölkəsində pandemiya 5418 can aldı
  26 Mart 2020    Oxunub:2174
İspaniyada son 24 saat ərzində 938 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə ölənlərin sayı 3 647 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada virus səbəbindən 465, Almaniyada isə 206 nəfər dünyasını dəyişib.

Fransada da vəziyyət ürəkaçan deyil. Belə ki, bu ölkədə ölü sayı 1100 nəfərə qədər artıb.

Qeyd edək ki, dünyada koronavirusdan ölənlərin sayı 18 min 440 nəfərdir. Hazırda 414 min 179 nəfər virus daşıyıcısıdır.

Azvision.az


Teqlər: virus  





Xəbər lenti