Türkiyənin 2 əsgəri şəhid oldu - 2 yaralı var

  26 Mart 2020    Oxunub : 1407
Türkiyənin 2 əsgəri şəhid oldu - 2 yaralı var
Türkiyə ordusu İraqın şimalında şəhid verib.
Azvision.az xəbər verir ki, Haftanin rayonunda PKK terror qruplaşmasının raket zərbəsi nəticəsində iki türk əsgəri həlak olub, daha iki hərbi qulluqçu isə yaralanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, cavab atəşi ilə terrorçuların hədəfi məhv edilib.

Azvision.az

Teqlər: Türkiyə   Şəhid