Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq

  25 Mart 2020    Oxunub : 740
 Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.

Azvision.az

Teqlər: Spirt   Qərargah