Naxçıvanda bir gündə koronavirusla mübarizəyə 1 milyon manat yığıldı

 Naxçıvanda bir gündə koronavirusla mübarizəyə 1 milyon manat yığıldı
  25 Mart 2020    Oxunub:3230
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə başlanılıb.
Azvision.az xəbər verir ki, Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayrılıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun 25 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bir aylıq üzvülük haqlarının 50 faizi - 35 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Naxçıvan Muxtar Respublikası Həkarlar İttifaqları Şurası İcrayə Komitəsinin 25 mart 2020-ci il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Həkarlar İttifaqları Şurasının bir aylıq üzvülük haqqının 50 faizi - 40 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.

Ümumilikdə Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 1 milyon manata yaxın vəsait toplanıb.

Azvision.az



Teqlər: Naxçıvan   Koornavirus  





Xəbər lenti