20 cinayətin üstü “isti izlər”lə açıldı

 20 cinayətin üstü “isti izlər”lə açıldı
  25 Mart 2020    Oxunub:1633
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Cinayət   Axtarış  





Xəbər lenti