Naxçıvana xaricdən gələnlər tibbi yoxlamadan keçəcək

 Naxçıvana xaricdən gələnlər tibbi yoxlamadan keçəcək
  25 Mart 2020    Oxunub:2209
Naxçıvan Muxtar Respublikasına xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilmişdir. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar olunacağı təqdirdə xəstələrin müalicəsi üçün lazımi şərait yaradılmış, yeni laboratoriya qurulmuşdur.

Ali Məclisin Sədri tapşırıb ki, Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilməlidir. Səhiyyə Nazirliyi muxtar respublikanın tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətini, eləcə də vacib göstərişlər olmadan və zərurət yaranmadıqda ambulator xəstə qəbulunu dayandırsın. Nazirlik Dövlət Gömrük Komitəsi ilə birlikdə xarici ölkələrdən qayıdan muxtar respublika sakinlərini gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirməli, hərarəti olanlar təcili Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınmalı və müvafiq tədbirlər görülməlidir.

Azvision.az


Teqlər: Naxçıvan   Tibb   Yoxlama  





Xəbər lenti