Həkimlərə güzəştli sosial mənzil almaq hüququ verildi

   Həkimlərə güzəştli sosial mənzil almaq hüququ verildi
  25 Mart 2020    Oxunub:5899
Azərbaycanda güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçiləri əlavə ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində qeyd olunub.

Sazişə əsasən, hər üç qurum əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsi öhdəliyini götürüb.

Azvision.az


Teqlər: Həkim   Güzəşt   Saziş  





Xəbər lenti