Naxçıvana nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırıldı

  24 Mart 2020    Oxunub : 3285
 Naxçıvana nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırıldı
Naxçıvana xaricdən bütün nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb, yalnız tranzit yüklərin daşınmasına icazə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Naxçıvana təyyarə uçuşları dayandırıldığından Dövlət Gömrük Komitəsi Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

Azvision.az

Teqlər: Naxçıvan