Azərbaycanın Səhiyyə naziri: “Biz hər şeyə hazırıq”

  24 Mart 2020    Oxunub : 2646
Azərbaycanın Səhiyyə naziri: “Biz hər şeyə hazırıq”
Koronavirus pandemiyası ilə əlaqədar lazım olarsa, xəstəxanalarda çarpayıların sayının artırılması, əlavə xəstəxanaların ayrılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” verilişində deyib.

Nazirin sözlərinə görə, hər bir xəstəxanada mütəxəsislərdən ibarət xüsusi briqadalar yaradılıb ki, lazım olanda gücləndirilmiş iş rejimində çalışsınlar.

“Biz hər şeyə hazırıq. Biz istəyərdik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın. Hər kəs Operativ Qərargahın qaydalarına ciddi yanaşsa, tədbirlər öz bəhrəsini verər. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycana gələndə razılıqlarını bildirdilər. Onlar gördülər ki, ölkəmizdə ÜST-ün tövsiyyələrindən əvvəl bütün tədbirlər görülüb. Bizim tədbirlər dünya üzrə qəbul olunmuş səhiyyənin qanunları əsasında qurulur”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Oqtay-Şirəliyev