Oqtay Şirəliyev koronavirusla bağlı hədəfləri açıqladı

 Oqtay Şirəliyev koronavirusla bağlı hədəfləri açıqladı
  25 Mart 2020    Oxunub:3655
Azərbaycanda insanlar koronavirus haqqında kifayət qədər məlumatlıdır.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, hazırki məqamda xəstəliyi aşkarlamaq, müalicəsini düzgün təşkil etmək, xəstənin təmasda olduğu insanları karantinə almaq əsas hədəflərdir: “Epidemiya ocağı müəyyən edilir ki, onun qarşısı alınsın. Sonrakı qərar xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlib. Aparılan qabaqlayıcı tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısı alınıb”.

Səhiyyə naziri, həmçinin bildirib ki, xəstəliyin digər ölkələrdə aşkarlandığı ilk günlərdən Azərbaycana gələn şəxslər ciddi nəzarət altında saxlanılıb.

“Xəstəliyin müəyyən olunduğu ölkələrdən gələnlərin telefon nömrələri, ünvanları götürülüb səhiyyə müəssisələrinə verilirdi və onlar bir həftə, 15 gün nəzarət altında olurdu. Şübhəli olanlar isə karantinə alınırdı. Bu günə qədər 10 minə yaxın laborator testlər aparılıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Oqtay-Şirəliyev  





Xəbər lenti