Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı

  24 Mart 2020    Oxunub : 2268
Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Azvision.az xəbər verir ki, muxtar respublikada “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” həmin Fərmanla təsdiq edilib.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Fərmandan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Azvision.az

Teqlər: Naxçıvan