Ən böyük qələbə döyüşə girməməkdir – #EvdəQal (Animasiya)

  24 Mart 2020    Oxunub : 57080
   Ən böyük qələbə döyüşə girməməkdir –    #EvdəQal (Animasiya)
Hazırda iki bioloji növ – Homo Sapiens ilə Koronavirus arasında amansız savaş gedir. Hər gün cəbhə xəttindən yoluxma və ölüm xəbərləri gəlir.
Bu savaşın sonunda şübhəsiz ki, biz qalib gələcəyik, amma Qələbəni daha az itkilərlə qazanmağımız da vacibdir. Bunun üçün isə çox sadə bir döyüş taktikası – vur-tut, evdə qalmaq tələb olunur!

Bəli, qarşı tərəfdə qəribə bir düşmən var: Ona qalib gəlməyin ən asan yolu döyüşə girməmək, ümumiyyətlə, təmasda olmamaqdır. Bu zaman düşmən özü məhv olacaq!

Gəlin, təmasdan qaçaq ki, düşmən məhv olsun!
#EvdəQal, birlikdə qalib gələk!


Teqlər: Koronavirus   EvdəQal