DİN-dən koronavirusla mübarizəyə dəstək

DİN-dən koronavirusla mübarizəyə dəstək
  24 Mart 2020    Oxunub:1806
Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.000.000 (bir milyon) manat vəsait köçürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin bir hissəsini təşkil edən bu məbləğ Azərbaycan Respublikası Prezidentinin müvafiq təşəbbüsünə dəstək olaraq ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ianə edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti