Keçmiş məhkumdan silah götürülüb

Keçmiş məhkumdan silah götürülüb
  24 Mart 2020    Oxunub:2499
Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti