Faktiki Hava - Havanın temperaturu normadan yüksək olub

  Faktiki Hava  - Havanın temperaturu normadan yüksək olub
  24 Mart 2020    Oxunub:2404
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib.

Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti