Hərbi xidmətə çağırışla bağlı qərar veriləcək

Hərbi xidmətə çağırışla bağlı qərar veriləcək
  24 Mart 2020    Oxunub:4624
Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir. Yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov, həmçinin ictimai nəqliyyatda sərnişin daşınması məsələsinə də toxunub. O bildirib ki, avtobuslarda olan yer qədər sərnişin daşınmasına imkan veriləcək.

“Ümumiyyətlə, hər şey ediləcək ki, ölkə daxilində koronavirusa yoluxma minimum olsun və lokallaşdırılsın”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hərbixidmət  





Xəbər lenti