“Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır” - Hikmət Hacıyev

 “Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır” -  Hikmət Hacıyev
  24 Mart 2020    Oxunub:2534
Bu günə qədər 10 minə yaxın vətəndaşımız dünyanın müxtəlif ölkələrindən təxliyə edilib.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır: "Vətəndaşların gəlməsi üçün zəruri tədbirlər həyata keçirilir. Vətəndaşlarımız xarici ölkələrdə olduqları halda karantin rejiminə əməl etməli və səyahətlərdən uzaq durmalıdırlar. Vətəndaşların özünütəcrid rejimində yeri və şəraiti varsa, həmin ölkənin karantin rejiminə əməl edərək qalması vacibdir. Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır".

Aytən Zəhra
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti