Azərbaycanda yaşlı insanların evdən çıxması qadağan edildi

Azərbaycanda yaşlı insanların evdən çıxması qadağan edildi
  24 Mart 2020    Oxunub:6854
Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.
Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən xidmətlərin göstərilməsi təmin edilməlidir.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti