Təcili yardım maşını ilə sərnişin daşıyan sürücü işdən çıxarıldı

Təcili yardım maşını ilə sərnişin daşıyan sürücü işdən çıxarıldı
  23 Mart 2020    Oxunub:3456
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşınmasına dair sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.
TƏBİB-dən Azvision.az -a bildirilib ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşınması faktı araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, şöbənin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.

Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Şərəbanı Məlikovanın əmri ilə işdən azad edilib.

Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.

Azvision.az



Teqlər: TƏBİB   Sürücü  





Xəbər lenti