YAP koronavirusla mübarizəyə 500 min manat ayırdı

YAP koronavirusla mübarizəyə 500 min manat ayırdı
  23 Mart 2020    Oxunub:1591
Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə edilib.
YAP-ın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, partiya “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirib.

Azvision.az



Teqlər: YAP  





Xəbər lenti