Məcburi köçkünlərin yaşayış yerləri dezinfeksiya edilir

Məcburi köçkünlərin yaşayış yerləri dezinfeksiya edilir
  23 Mart 2020    Oxunub:1578
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri həyata keçirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Azvision.az - a verilən məlumata görə, paytaxtın Binəqədi, Sabunçu rayonu ərazisində başa çatdırılmış dezinfeksiya tədbirləri digər ərazilərdə davam etdirilir. Dezinfeksiya işləri müvafiq kimyəvi preparatlarla aparılır və bu zaman zəruri təhlükəsizlik tədbirlərinə əməl edilir.

Bundan başqa, Dövlət Komitəsi sədrinin müvafiq əmrinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bütün yaşayış sahələrində və qəsəbələrdə koronavirus xəstəliyinin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri aparılır. Məcburi köçkünlərə izah edilir ki, koronavirus zəminində yaranan hazırkı şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlə yanaşı, hər bir vətəndaşın, o cümlədən məcburi köçkünlərin bu tədbirlərə dəstək verməsi, ictimai məsuliyyəti dərindən dərk etməsi vacibdir.

Azvision.az



Teqlər: Komitə   dezinfeksiya  





Xəbər lenti