Yolu keçən piyadanı maşın vurub öldürdü

  23 Mart 2020    Oxunub : 1228
Yolu keçən piyadanı maşın vurub öldürdü
Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Mürtülü kənd sakini S.Omarov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Tahir Şıxıyevi vurub. Piyada hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Cinayət