“Hazırki vəziyyət olimpiada üçün uyğun deyil” - Baş Nazir

“Hazırki vəziyyət olimpiada üçün uyğun deyil” -  Baş Nazir
  23 Mart 2020    Oxunub:1691
"Düşünürəm ki, dünyanın hazırki vəziyyəti olimpiada keçirmək üçün uyğun deyil".
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş Naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılması ilə bağlı mövcud vəziyyət Tokioda Yay Olimpiya Oyunlarının ilkin plana uyğun olaraq keçirilməsinə imkan vermir.

Abe Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxla oyunların keçirilməsi məsələsini müzakirə edəcəyini deyib.

Azvision.az


Teqlər: Olimpiada   Koronavirus  





Xəbər lenti