Hacıqabulda oğurluq edən şəxslər saxlanıldı

Hacıqabulda oğurluq edən şəxslər saxlanıldı
  22 Mart 2020    Oxunub:2315
Hacıqabul rayonunun Atbulaq kəndində yaşayan yerli sakin ona məxsus konteynerdən 3 min manat dəyərində paltarın oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Azvision.az -ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsini törədən əvvəllər Cinayət Məcəlləsinin 180.1, 317-2.1 və 67.1 maddələri ilə məhkum edilmiş, məhkumluğu tam ödənilməmiş Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Xakipur Şəhriyar Mikayıl oğlu və Yevlax rayonunun İsmayılabad kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov İbrahim İslam oğludur.

Hər iki şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Hacıqabul   Oğurluq  





Xəbər lenti