“ASAN xidmət” koronavirusla mübarizəyə 200 min manat ayırdı

“ASAN xidmət” koronavirusla mübarizəyə 200 min manat ayırdı
  22 Mart 2020    Oxunub:5226
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
Azvision.az xəbər verir ki, müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Dövlət Agentliyinin kollektivi koronavirusla mübarizədə Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edib.

Azvision.az


Teqlər: ASANxidmət   Fond  





Xəbər lenti