Ötən il Naxçıvanda 4139 nəfər işlə təmin olunub

Ötən il Naxçıvanda 4139 nəfər işlə təmin olunub
  22 Mart 2020    Oxunub:1858
Naxçıvan Muxtar Respublikasında 2019-cu il ərzində 4139 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 3040-nı məşğulluq orqanları tərəfindən işə düzəldilənlər təşkil edir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, müvafiq dövrdə 378 işaxtaran müvəqqəti və mövsümi işlərə göndərilib, 241 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib ki, onun da 32-ni sağlamlıq imkanları məhdud şəxs təşkil edib. Eyni zamanda ötən il keçirilən əmək yarmarkalarında 521 nəfər işlə təmin olunub. Bununla yanaşı, hərbi xidmətdən yeni tərxis edilən şəxslərin məşğulluğunun təmin edilməsi nəticəsində 22 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib.

Azvision.az


Teqlər: Naxçıvan   İş  





Xəbər lenti