Ermənistanda hərbi maşın qəzaya uğrayıb

  21 Mart 2020    Oxunub : 1056
Ermənistanda hərbi maşın qəzaya uğrayıb
Ermənistan Müdafiə Nazirliyinə məxsus "KamAZ" markalı yük avtomobili qəzaya uğrayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sünik vilayətində, Meğri-İrəvan yolunda baş verib.

Dumanlı hava şəraitində əks yola çıxan hərbi avtomobil "VAZ 2107" markalı maşınla toqquşub. Qəza nəticəsinə minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Ermənistan   Qəza   Maşın