Daha iki çempionat təxirə salındı

Daha iki çempionat təxirə salındı
  21 Mart 2020    Oxunub:1401
Mayın 18-29-da Sloveniyada keçirilməli olan Şahmat üzrə Avropa çempionatı təxirə salınıb.
Azvision.az -ın məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub. Avropa Şahmat İttifaqı (ECU) yarışın dekabrın 8-21-də təşkil olunmasına qərar verib.

Bundan başqa, Beynəlxalq Badminton Federasiyasının qərarına əsasən, 16 - 24 mayda planlaşdırılan kişi və qadınlardan ibarət komandalar arasında badminton üzrə dünya çempionatı da təxirə salınıb. Dünya çempionatı 13 - 23 avqustda baş tutacaq.

Azvision.az


Teqlər: Çempionat  





Xəbər lenti