Bakı polisi 24 cinayətin üstünü açdı

Bakı polisi 24 cinayətin üstünü açdı
  21 Mart 2020    Oxunub:1797
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-da 24 cinayətin üstü açılıb. Onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən adam öldürməyə cəhd 1, qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-surat üzrə 1, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: Bakı   Polis  





Xəbər lenti