COVD-19 dünya şirkətlərini 12 trilyon ziyana sala bilər

 COVD-19 dünya şirkətlərini 12 trilyon ziyana sala bilər
  21 Mart 2020    Oxunub:2333
ABŞ şirkətlərinin qazancı yeni növ koronavirus pandemiyası səbəbindən 4 trilyon dollara düşə bilər.

Azvision.az xəbər verir ki, bu barədə Bridgewater fondu məlumat yayıb.
Fondun məlumatına görə, dövlət və özəl sektorda fəaliyyə göstərən şirkətlər ciddi gəlir itkisi ilə üzləşəcəklər. Ən çox ziyana enerji və turizm sektorlarında fəaliyyət göstərən şirkətlər düşəcək. Belə ki, onlar azı 2 trilyon dollar itirəcəklər.

"Bundan əlavə, maliyyə siyasəti və pul müdaxiləsi sahəsində vaxtında tədbir görülməsə, bu itkilər ABŞ ÜDM-nin bu il 6% -dən çox azalmasına səbəb ola bilər. Dünyada şirkətlərin ümumi itkiləri isə 12 trilyon dollara çata bilər", - deyə fondun açıqlamasında bildirilib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Virus  





Xəbər lenti