"Netflix" işçilərinə 100 milyon dollar ayırdı

"Netflix" işçilərinə 100 milyon dollar ayırdı
  21 Mart 2020    Oxunub:1706
"Netflix" video xidmətinin rəhbərliyi şirkətin texniki və yaradıcı heyətinə pandemiya dövründə yardım etmək üçün 100 milyon dollar ayırıb.
Azvision.az xəbər verir ki, müvafiq bəyanat şirkətin saytında yayımlanıb.

"COVID-19 bir çox sənayeyə, o cümlədən yaradıcı birliyə ciddi zərbə vurub. Buna görə çətin dövrdə yaradıcı birliyə kömək etmək üçün 100 milyon dollarlıq bir fond yaratdıq".

Şirkət rəhbərliyi qeyd edib ki, ilk növbədə ABŞ-da və dünyada koronavirusun yayılması səbəbindən ən çox maliyyə itkisi ilə üzləşən texniki və yaradıcı işçilərə kömək ediləcəkdir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Virus  





Xəbər lenti