ABŞ virusun təsirini azaltmağa 2 trilyon dollar ayıra bilər

 ABŞ virusun təsirini azaltmağa 2 trilyon dollar ayıra bilər
  21 Mart 2020    Oxunub:3002
ABŞ hakimiyyəti koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün 2 trilyon dollardan çox vəsait ayıra bilər.
Azvision.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou "Fox News"a müsahibəsində bildirib.

"Unutmayaq ki, paketin həcmi ən azı 1.4 trilyon dollar olacaq. Eyni zamanda, ayrı-ayrı sahələrə yardım göstərmək üçün onu artıra bilərik və ehtimal ki, bu məbləğ 2 trilyon dolları ötəcək".

ABŞ hakimiyyəti pandemiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün ÜDM-nin təxminən 10%-ni yönəltməyə hazır olduğunu bəyan edib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti