Azvision.az xəbər verir ki, “Belavia” şirkətinin yaydığı məlumata görə, koronavirusla bağlı Azərbaycan və Belarus arasında hava məkanı qapalı olduğundan şirkət martın 21, 25 və 29-da yerli vaxtla 23:15 Bakıya xüsusi reysləri reallaşdıracaq. Martın 22, 26 və 30-da isə yerli vaxtla 04:35-də Bakıdan Minskə aviareyslər həyata keçiriləcək.
Biletlər artıq “Belavia” şirkətinin ofisində satılır. Biletlər yalnız Azərbaycan və Belarus vətəndaşları üçün satılacaq.
Azvision.az