İranda 1433 nəfər koronavirusdan ölüb

İranda 1433 nəfər koronavirusdan ölüb
  20 Mart 2020    Oxunub:1385
İranda koronavirusa yoluxanların sayı 20 minə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə nazirinin müşaviri Əli Reza Vahabzadə deyib. O, bildirib ki, ölkədə 1237 yeni yoluxma halı qeydə alınıb.

Yoluxanların ümumi sayı 19644 nəfər olub. Onlardan 6745 nəfəri sağalıb. Ölənlərin sayı isə 1433-ə çatıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti