“Azərsu” onlayn müraciətlərin qəbuluna başlayıb
Vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə "Skype” proqramı üzərindən aparılması xidməti təşkil olunub. Proqrama daxil olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara qoşulmaqla müraciət edə bilərlər. "Skype” vasitəsilə videoqəbul 20-28 mart 2020-ci il tarixlərində saat 10:00-dan 16:00-dək aparılacaqdır.
Bundan başqa, “Whatsapp" xidməti vasitəsilə də müraciətlərin qəbuluna start verilib. Vətəndaşların hər hansı bir sualı yaranarsa, (+99 455) 209-95-59 nömrəsi vasitəsilə istənilən vaxt “Azərsu” ASC-yə müraciət edə bilərlər.
Qeyd edək ki, vətəndaşlar müraciətlərini telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) ünvanlaya bilərlər.
Azvision.az
Teqlər: